Azedu.az

Sertifikasiya: Müəllimlər üçün sərt qayda, həkimlər üçün güzəşt...

Sertifikasiya

20 İyun 2025, 12:46
Sertifikasiya: Müəllimlər üçün sərt qayda, həkimlər üçün güzəşt...

Məlumdur ki, müəllimlər sertifikasiya imtahanından kəsildikdə onlara bir il müddətində yenidən hazırlaşmaq üçün möhlət verilir. Bu dövrdə onlar işlərini davam etdirirlər. Lakin əgər ikinci dəfə də sertifikasiya imtahanından uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilir.

 

Maraqlıdır ki, bu qayda həkimlər üçün fərqlidir. Belə ki, həkimlər sertifikasiya imtahanından keçmədikdə, fəaliyyət göstərməsələr belə, dövlət tərəfindən maaş alırlar.

 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, müəllimlərin əməkhaqqı məsələsinə xüsusi diqqət yetirilməli və onlara daha çox imtiyaz tanınmasına çalışılmalıdır:

 

“Təəssüf ki, təhsil verənlərin ikinci dəfə də sertifikasiya müsabiqəsindən keçməməsi onların əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnir. Düzdür, onlar yenidən hazırlaşaraq növbəti illərdə Müəllimlərin İşə Qəbul (MİQ) üzrə imtahan prosesində iştirak edib təhsil verən statusunu yenidən qazana bilərlər.

 

Müəllimləri həkimlərlə müqayisə etdikdə, birbaşa əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının bölüşdürülməsi məsələsində mən də razıyam ki, ən yaxşı halda əmək müqaviləsinə xitam verilərkən onların aldığı maaş qədər vəsait hesablanmalı və ən azından təqaüdə çıxmaları üçün şərait yaradılmalıdır”.

 

“Təbii ki, əgər tibb sahəsində fəaliyyət göstərənlər üçün sertifikasiyadan keçə bilmədikdə belə əmək haqqı hesablanırsa, eyni prinsip təhsil verənlər üçün də tətbiq olunmalıdır”,- deyə ekspert qeyd edib:

 

“Nəzərə almalıyıq ki, həkimləri və digər peşə sahiblərini də müəllimlər hazırlayır. Bu baxımdan, müəllimlərin əməkhaqqı məsələsinə xüsusi diqqət yetirilməli və onlara daha çox imtiyaz tanınmasına çalışılmalıdır.

 

Belə bir sosial fərqin mövcudluğu mənə görə doğru deyil. Bu fərqin aradan qaldırılması üçün Nazirlər Kabineti səviyyəsində və ya Ali Qanunverici Orqan tərəfindən qanunvericilikdə müvafiq dəyişiklik edilməlidir”.

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox