Azedu.az

Naxçıvanda sertikifasiyanın III günü - FOTOLAR

Sertifikasiya

20 İyun 2025, 12:04
Naxçıvanda sertikifasiyanın III günü - FOTOLAR

İyunun 20-də Naxçıvanda ölkə üzrə keçirilən sertifikatlaşdırma prosesinin üçüncü günündə ötən il keçirilmiş sertifikasiya prosesində uğur qazana bilməyən təhsilverənlər iştirak edir.2 seansda təşkil olunacaq ikinci cəhd imtahanında 33 müəllimin iştirakı nəzərdə tutulur. 

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

Qeyd edək ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.

TƏCİLİ: Qabil Məmmədovla bağlı qərar verildi
Son xəbərlərDaha çox