Azedu.az

Kənd məktəbinin maksimum bal toplayan müəllimi: İmtahan şəffaf keçirildi

Sertifikasiya

Müəllimlər və elm adamları

19 İyun 2025, 15:50
Kənd məktəbinin maksimum bal toplayan müəllimi: İmtahan şəffaf keçirildi

Salyan rayonu Rəfael Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta məktəbinin coğrafiya müəllimi Həmidə Əliyeva maksimum nəticə göstərən təhsilverənlərdən biri olub. 

AzEdu.az xəbər verir ki, Həmidə müəllim təəssüratlarını "Azərbaycan müəllimi" ilə paylaşıb:

"Ərəbqardaşbəyli kənd tam orta məktəbində 6 ildir ki, coğrafiya müəllimi işləyirəm. Sertifikatlaşdırma imtahanına davamlı olaraq öz üzərimdə işləməklə hazırlaşırdım. İmtahan yüksək səviyyədə təşkil olunmuşdu və şəffaf keçirildi. Suallar proqramı tam əhatə edirdi, bəzi suallar bir qədər düşündürücü idi. 

İmtahan verəcək müəllimlərə demək istəyirəm ki, həyəcanlanmasınlar və uğur qazanmaq üçün əzmlə çalışsınlar. Sertifikatlaşdırma biz müəllimləri öz üzərimizdə daha çox və ciddi şəkildə işləməyə sövq edir".

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox