Azedu.az

Coğrafiya müəllimi maksimum bal TOPLAYIB

Sertifikasiya

Qarabağ Regional Təhsil İdarəsi

19 İyun 2025, 13:37
Coğrafiya müəllimi maksimum bal TOPLAYIB

Bu gün coğrafiya və ibtidai sinif müəllimləri üçün keçirilən sertifikasiya imtahanından Gülşən Səlimova maksimum nəticə göstərib.

 

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səlimova Gülşən Mahir qızı bu gün keçirilən sertifikatlaşdırma imtahanında maksimum nəticə göstərərək 60 bal toplayıb.

 

G. Səlimova qeyd edib ki, o, 2015-ci ildən əmək fəaliyyəti ilə məşğuldur:

 

"Rayonun müxtəlif kəndlərində yerləşən məktəblərdə çalışmışam. Ötən ildən isə M.Aranlı adına 11 nömrəli tam orta məktəbdə işləyirəm. İmtahana girəndə həyəcanlı idim, imtahandan çıxmışam, amma həyəcanım yenə də qalıb. Həm asan, həm düşündürücü suallar var idi. İmtahan növbəti günlərdə də davam edəcək. Burada iştirak edəcək müəllimlərə demək istərdim:  inanaraq çalışmaq lazımdır ki, uğur qazanılsın. Maraq, məqsəd olanda nəticə də yüksək olur".


Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox