Azedu.az

Sertifikasiyadan maksimum bal TOPLADI

Sertifikasiya

18 İyun 2025, 13:19
Sertifikasiyadan maksimum bal TOPLADI

Bakının Nizami rayonundakı 1 nömrəli idman liseyinin ingilis dili müəllimi Simuzər Əhmədova bu gün keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında 60 bal toplayıb.

AzEdu.az xəbər verir ki, 4 ildir ki, müəllim kimi fəaliyyət göstərən Simuzər Əhmədova  sertifikatlaşdırma prosesi ilə bağlı təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.

O bildirib ki, imtahan sualları, əsasən, dərslərində tədris etdiyi mövzuları əhatə etdiyindən çətinlik çəkməyib:

“İmtahanın sualları mənə tanış idi. Bəzi suallar bir qədər düşündürücü olsa da, ümumilikdə asan və aydın idi. Vaxt da kifayət qədər idi, hətta artıq vaxtım qaldı. İmtahanın təşkili yüksək səviyyədə idi və özümü rahat hiss etdim”.

Maksimum bal toplayan müəllim bir qədər həyəcanlı olduğunu desə də, bu onun nəticəsinə təsir etməyib.

O, imtahana hazırlaşarkən, əsasən, dərsliklərə və bəzi əlavə mənbələrə nəzər yetirib:

“Hazırlıq prosesində daha çox dərsliklərə və bəzi əlavə mənbələrə baxdım. Düşünürəm ki, dərsliklərdəki məlumatlar kifayət etdi. Öz üzərimdə çalışdığım üçün ayrıca uzunmüddətli bir hazırlıq mərhələsinə ehtiyac duymadım. Ümumilikdə suallar asan idi, amma xüsusilə mətnlərlə bağlı olan bəzi suallar bir qədər düşünmə və kompleks anlama tələb edirdi. Buna baxmayaraq, hər birinin öhdəsindən gəlmək mümkün idi”.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox