“Yaşı 60 və daha yuxarı olan müəllimlərimizdən imtahana qatılmaq üçün müraciət edənlər var".
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkili Şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən media brifinqində söyləyib.
“Yaşı 60 və yuxarı olan 100-dən artıq müəllim sertifikatlaşdırma imtahanına müraciət edib.”