Azedu.az

Müəllimlərin maaşı biliklərinə görə artırılacaq

Sertifikasiya

17 İyun 2025, 14:05
Müəllimlərin maaşı biliklərinə görə artırılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesi təhsilin keyfiyyərinin artırılmasına yönəlmiş bir prosesdir. 

 

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan media brifinqində qeyd edib.


"Yaxın prosesdə biz müəllimlərin mərhələli şəkildə sertifikasiyasını aparacağıq. Kifayət qədər yüksək bal toplayan müəllimlərimiz məktəblərdə işləyəcəkdir. Arzumuz bütün məktəbləri savadlı müəllimlərlə təmin etməkdir.  Bizim üçün əsas fiqur şagirddir. İkinci maraqlı tərəf valideyn, 3-cü maraqlı tərəf isə müəllimlərin özüdür. Əgər sertifikasiyaya qədər şərti olaraq 1000 manat maaş alırdısa, yüksək bal topladığı təqdirdə bu məbləğ yüksələcəkdir. Sertifikatlaşdırma prosesində nə limit, nə də reytinq var; burada “yer uğrunda mübarizə” aparılmır".

 

Direktor müavini qeyd edib ki, bu il biz fizika, coğrafiya, biologiya və kimya müəllimlərini sertifikasiyası keçiriləcək:

 

"5–6-cı siniflərdə təbiət fənni tədris olunur və bu fənnin kurikulumu hazırlanır. Beləliklə, şagirdlərimiz bu fənni daha sistemli şəkildə öyrənməyə başlayırlar. Eyni zamanda, 516 şagirdimiz informatika fənni üzrə kodlaşdırma bacarıqlarını mənimsəyib".

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox