Azedu.az

Son iki ildə 5300 müəllim işdən kənarlaşdırılıb

Sertifikasiya

10 Fevral 2025, 12:10
Son iki ildə 5300 müəllim işdən kənarlaşdırılıb

Son iki il ərzində 5300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı prosesdir:

"İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır".

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox