Azedu.az

Sertifikatlaşdırma 55000 müəllimin maaşının artmasına səbəb olub

Sertifikasiya

28 Dekabr 2024, 10:14
Sertifikatlaşdırma 55000 müəllimin maaşının artmasına səbəb olub

Ümumilikdə indiyədək 55000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tamamlanmış imtahanlar üzrə müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb. 

Cari ildə keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24050, uğur qazanan  20104, minimum tələbi ödəməyən 3867 nəfər olub. 

Bu il müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 210 nəfər uğur qazanaraq iş yerini qarşılıqlı dəyişdirib.

Müəllimlərin işə qəbulu müsabiqəsində ümumilikdə 66723 elektron müraciət qəbul edilib. 6283 namizəd müsabiqədə uğur qazanaraq işə qəbul olunub.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox