Azedu.az

Sertifikasiyadan keçən müəllimlər maaş artımını ALDILAR

Sertifikasiya

29 Noyabr 2024, 09:13
Sertifikasiyadan keçən müəllimlər maaş artımını ALDILAR

2024-cü ildə sertifikatlaşdırma prosesindən keçən müəllimlər maaşa əlavəni nəhayət alıblar.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, sertifikasiyadan keçən müəllimlərin maaşına hesablanmış əlavələr noyabr ayının əməkhaqqı ilə birgə verilib. Belə ki, sentyabr, oktyabr və noyabr ayına əlavələr eyni vaxtda müəllimlərin hesabına köçürülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində 51-60 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30 bal) toplayan və 50 baladək nəticə göstərən müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavə edilir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox