Azedu.az

Sertifikasiyadan ən çox onlar UĞUR QAZANDI

Sertifikasiya

23 Noyabr 2024, 10:26
Sertifikasiyadan ən çox onlar UĞUR QAZANDI

Müəllimlərin sertifikasiya imtahanları başa çatıb. İmtahandan uğur qazananların maaşlarına əlavələr artıq noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək.

 

Bəs, görəsən, sertifikasiyadan uğur qazananların əksəriyyəti gənc, yoxsa orta yaşlı müəllimlərdir?

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-ın sorğusuna verilən məlumata əsasən, cari ildə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, xarici dil fənlərini tədris edən, yaşı 30-a qədər olan təhsilverənlər sertifikatlaşdırma prosesində 100%-lik nəticə göstəriblər:

 

“Riyaziyyat fənni üzrə yaşı 25-ə qədər olan təhsilverənlər isə 100%-lik nəticə göstəriblər”,-deyə qeyd olunub.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox