Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bəs, görəsən, sertifikasiya imtahanından uğur qazanan müəllimlərin əməkhaqqısına nə zaman əlavələr tətbiq olunacaq? Bu əlavələr hansı aydan etibarən hesablanacaq?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq nazirlikdən bildirilib ki, əlavələr 01.09.2024-cü il tarixindən tətbiq ediləcək:
"Əlavələr noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək",- deyə qeyd edilib.