Azedu.az

Bu il 4 minə yaxın müəllim sertifikasiyadan KƏSİLİB

Sertifikasiya

29 Oktyabr 2024, 12:43
Bu il 4 minə yaxın müəllim sertifikasiyadan KƏSİLİB

"Cari ildə keçirilən sertifikatlaşdırmada 24050 nəfər iştirak edib".


AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.

 

" Ümumilikdə sertifikasiyada 20104 nəfər uğur qazanıb. Minimum tələbi ödəməyib növbəti il təkrar sertifikatlaşdırmaya cəlb olunacaq müəllimlərin sayı isə 3946 nəfərdir.

 

Ümumilikdə indiyədək 55000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. 

 

Tamamlanmış imtahanlar üzrə müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb",- deyə direktor qeyd edib.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox