Azedu.az

O, sertifikasiyadan 100 bal TOPLADI

Sertifikasiya

16 Oktyabr 2024, 15:36
O, sertifikasiyadan 100 bal TOPLADI

Sertifikatlaşdırma  prosesinin test mərhələsində maksimum nəticə göstərən  Babək rayon Arazkənd ümumi orta məktəbinin müəllimi Dünya Əliyeva prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib.  

 

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin sertifikatlaşdırma prosesinin  test mərhələsində maksimum nəticə (60 bal) göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin ingilis dili müəllimi Dünya Əliyeva prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib.  

Belə ki, 30 sentyabr- 1 oktyabr tarixlərində  sertifikatlaşdırma prosesinin test mərhələsində uğur qazanan təhsilverənlər üçün  keçirilən müsahibə mərhələsində  müəllimlərin proqram əsasında mövzu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilməsi aparılıb. Dünya Əliyeva təqdim edilən meyarlar üzrə sualları tam cavablandıraraq maksimum 40 bal toplamaqla ümumi nəticəsini 100 bala çatdırıb. 

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox