Azedu.az

“ChatGPT”nin “Android” tətbiqi istifadəyə veriləcək

Seçilmişlər

24 İyul 2023, 08:48
“ChatGPT”nin “Android” tətbiqi istifadəyə veriləcək

 

“Google Play”də rəsmi “ChatGPT” Android tətbiqi gələn həftə istifadəyə veriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə botunun inkişafına cavabdeh olan “OpenAI” şirkəti məlumat yayıb.

 

Məlumata görə, tətbiqin yüklənməsi artıq indidən sifariş oluna bilər. Bu halda tətbiq istifadəyə verilən kimi avtomatik olaraq smartfona yüklənəcək.

 

Hərçənd ki, bəzi ölkələrdə, məsələn Rusiyada tətbiqin istifadəsi mümkün olmayacaq.
“ChatGPT”nin iOS versiyası kimi “Android”də də iki tarifə sahib olacağı gözlənilir - ödənişli və ödənişsiz. Ödənişli versiyanın istifadəçiləri yardım proqramının yeni funksiyalarından yararlanma imkanı qazanacaq və sorğu göndərərkən serverlərə prioritet çıxış əldə edəcəklər.

Mənbə: gazeta.ru

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox