Azedu.az

Sertifikasiyadakı davamiyyət açıqlandı - RƏSMİ

Seçilmişlər

24 İyun 2023, 11:22
Sertifikasiyadakı davamiyyət açıqlandı - RƏSMİ

“İbtidai siniflər üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq başa çatıb. İlk 4 gündə 97,9 % davamiyyət qeydə alınıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

 

O bildirib ki, 20 minə yaxın ibtidai sinif müəllimi sertifikatlaşmadan keçib.

 

"Sertifikasiyanın keçirildiyi müddətdə təxminən 20 minə yaxın müəllim iştirak etdi. Davamiyyət olduqca yüksəkdir. Müəllimlərimizin bu prosesə etimadı da olduqca böyükdür. 97.9 faiz nisbətində davamiyyətimiz var.

Bu gün də Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahanlar başlayıb. Bu imtahanlarda da davamiyyətin yüksək olduğunu müşahidə edirik".


ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox