Azedu.az

Tapşırıqlarda səhvlər yoxdur - DİM məlumat yaydı

Seçilmişlər

Dövlət İmtahan Mərkəzi (DİM)

3 Aprel 2023, 17:31
Tapşırıqlarda səhvlər yoxdur - DİM məlumat yaydı

Azərbaycan dili fənni üzrə gündəlik məsələ 12 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub. Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.

İngilis dili fənni üzrə gündəlik məsələ isə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif üçün İngilis dili dərsliyi əsasında hazırlanmış qiymətləndirmə kitabçasının təkmilləşdirilməsi olub. Dərslikdə verilən 6 bölmənin hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

10 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

 

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox