Azedu.az

Oğlanlar təhsildə niyə geriləyir? - SƏBƏBLƏR

Şagirdlər

27 Oktyabr 2025, 17:21
Oğlanlar təhsildə niyə geriləyir? - SƏBƏBLƏR

Son illərdə əsas narahatlıq doğuran məqam oğlanların nəticələridir. Bu gün qızların nəticələrində müəyyən irəliləyiş müşahidə olunur, lakin oğlanlarda müəyyən geriləmələr var.

Bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində deyib.

O bildirib ki, bu baxımdan son dövrlərdə oğlan uşaqlarının davranış tərzi və digər uşaqlarla münasibətləri müəyyən mənada narahatlıq doğurur: "Amma bu hər bir ailənin, xüsusilə də valideynlərin məsuliyyətidir. Hər bir evdə uşağın elm və təhsilə marağını ilk növbədə valideyn formalaşdırmalıdır".

Elm və təhsil nazirinin açıqlamasına əsasən, oğlanların nəticələrində son illərdə geriləmə müşahidə edilir. Bəs, bu tendensiyaları yaradan əsas səbəblər nədir? 

Təhsil jurnalisti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında bildirib ki, bu məsələlərdə bir neçə faktor rol oynayır.

"Birinci faktor odur ki, oğlanlar daha erkən yaşlardan valideynlər tərəfindən əmək fəaliyyətinə cəlb olunur. Sosial durumdan asılı olaraq bəzi valideynlər oğlan uşaqlarını müəyyən işlərə cəlb etməklə ailəyə dəstəkçi rolunda görürlər. Bu faktor oğlanların məktəb göstəricilərinə təsir edə bilər.

Artıq oğlanların magistratura, doktorantura nəticələri də olduqca zəifləyib. 

Ümumilikdə, oğlanlarla qızlar arasında ixtisas seçimi və məktəbdən erkən çıxma hallarına görə fərqliliklər mövcuddur. Xüsusilə 9-cu sinifdən sonra oğlanların məktəbi tərk etmə halları daha çox müşahidə olunur, qızlarda isə bu göstəricilər nisbətən aşağıdır.

Ən ümumi səbəbləri göstərmək bir qədər çətindir, lakin müşahidələr göstərir ki, indiyədək qeyd olunan faktorlar əsas rol oynayır".

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox