2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alır. Belə ki, onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə oxuyur.
Maraqlıdır, son 5 ildə 1-ci sinif üzrə neçə şagird təhsil alıb? Onlar içərisindən neçəsi qız, neçəsi oğlan şagirdidir?
Mövzu ilə bağlı AzEdu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2021/2022 - 156 105 nəfər, 2022/2023 - 150 289 nəfər, 2023/2024 - 137 100 nəfər, 2024/2025 - 134 600 nəfər və 2025/2026 -131 221 nəfər (61 200 qız, 70 021 oğlan) təşkil edir.
Nəticə olaraq qeyd edə bilərik ki, son 5 ildə birinci sinfə qəbul olunan şagirdlərin sayı tədricən azalmağa meyl göstərir.
Birinci sinfə gedən şagirdlərin sayının azalmasının bir neçə səbəbi ola bilər. Əvvəlcə, ölkədə doğum göstəricilərinin müəyyən dərəcədə azalması bu tendensiyaya birbaşa təsir göstərir. Eyni zamanda, əhali köçü, sosial-iqtisadi səbəblər və s. buna təsir edən amillərdəndir.