Gəncədə məktəbli itkin düşüb.
AzEdu.az xəbər verir ki, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşan Alıməmmədov ötən gün evdən hazırlıq kursuna getmək adı ilə çıxıb, bundan sonra ondan xəbər olmayıb.
Qeyd edək ki, E.Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir.