Azedu.az

Dərs yükü yox, valideyn təzyiqi uşaqları yorur - Psixoloq

Şagirdlər

1 Oktyabr 2025, 12:18
Dərs yükü yox, valideyn təzyiqi uşaqları yorur - Psixoloq

Övladlarımız dərsə gedərkən geyimlərinə, çantalarına və rəngli boyalarına görə sevinirlər. Bu sevgi və marağı onlarda öncə valideynlər yaratmalıdır.

Bu fikirləri AzEdu.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

169105"Amma dərs hazırlıqları başlayanda, xüsusilə 6 yaşlı uşaqlara gün ərzində çoxlu yazı və məntiqi məsələlər verildikdə, valideynlər bəzən özlərini gərgin hiss edir və övladlarına qarşı aqressiv davranışlar göstərə bilirlər. Bir misal çəkmək istəyirəm. Valideyn deyir ki, birinci çox əsəbiləşib onun əllərinə vurmuşam, sonra isə özümü cilovlaya bilməyib özümə şiddət göstərmişəm".

Dərslər hələ yeni başlayıb. Bəs bu qədər stress hardandır? 

"Yay tətilində də uşaqlar dərslə yüklənir, valideynlər “sən hamıdan birinci olmalısan, ən yaxşı oxumalısan” mesajları verdikdə, stres səviyyəsi artır. Bu, xüsusən birinci və ikinci sinif şagirdləri və onların valideynləri üçün daha çox müşahidə olunur. Eyni zamanda, yuxarı sinif şagirdləri, xüsusilə 9‑cu sinif buraxılış imtahanlarına hazırlaşarkən, valideynlər həddindən artıq tələblər qoyurlar ki, övladları onların daşıya biləcəyi yükdən daha artıq nəticə göstərsin.

Beləliklə, övladlarımızın psixoloji sağlamlığı üçün valideynlərin öz davranışlarını idarə etməsi, tələb və gözləntilərini uşağın bacarıq və yaşına uyğun tənzimləməsi vacibdir".

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox