Azedu.az

10 yaşlı şagirdlər oxumaqda əziyyət çəkir

Şagirdlər

26 Sentyabr 2025, 13:17
10 yaşlı şagirdlər oxumaqda əziyyət çəkir

"Şagirdlər yalnız məlumatı əzbərləməməli, həm də onu anlamalıdırlar. Bu, faktları görmək, səbəb-nəticə əlaqələrini ayırd etmək, hadisələri şərh etmək və öz fikirlərini əsaslandırmaq bacarıqlarını əhatə edir. Eyni zamanda, məzmunun dil və struktur xüsusiyyətlərini də qiymətləndirə bilməlidirlər.

AzEdu.az xəbər verir ki, bu fikirləri ARTİ-nin şöbə müdiri Turan Zəkəriyeva "Sabaha saxlamayaq" verilişindəki çıxışı zaman bildirib.

"Problemlər həm dərs metodikalarında, həm də məzmun keyfiyyətində özünü göstərir. Şagirdlərin məktəbə gələnə qədər əldə etməli olduğu bacarıqlar yetərli olmadığı üçün, oxuyub anlama bacarıqları zəif formalaşır.

2017-ci ildən başlayaraq, ölkədə test imtahanlarında artıq oxuyub anlama bacarıqları ölçülür və 10 yaşlı şagirdlərin də bu sahədə çətinlikləri olduğu aşkarlanıb. 2006-cı ildən sonra isə dərsliklər və tədris proqramları şagirdlərin oxuyub anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə təkmilləşdirilib.

2016-cı ildən 2023-cü ilə qədər yeni kurikulumlar tətbiq olunub, metodikalar yenilənib, dərsliklər təkmilləşdirilib. Məqsəd odur ki, şagirdlər yalnız əzbərləməsin, oxuyub anlaya bilsin və məlumat üzərində tənqidi düşünmə bacarığı inkişaf etsin".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox