Azedu.az

DİM sədri: III ixtisas qrupunda 6 min abituriyent kəsiləcək

Şagirdlər

11 Avqust 2025, 11:19
DİM sədri: III ixtisas qrupunda 6 min abituriyent kəsiləcək

III ixtisas qrupunda hər il olduğu kimi müraciət edənlərin sayı plan yerlərindən çoxdur.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Bu seçim abituriyentlər tərəfindən hələ 8-9-cu siniflərdən aparılır. Lakin nəzərə almaq lazımdır ki, hər dəfə bu formada yüksək səviyyəli müsabiqə vəziyyəti formalaşır. 

"DT altqrupunda 200 baldan yüksək nəticə göstərən və imtahanın ikinci mərhələsi üzrə  balı 100-dən az olmayan abituriyentlərin sayı 19995 nəfərdir. DT üzrə dövlət sifarişli 13558 yer ayrılıb. Burada təxminən 6 min nəfərin qəbul ala bilməyəcəyi məlumdur. Bu təbii ki ən aşağı nəticə göstərən abituriyentlərə aid olacaq. Orta nəticə göstərənlərə məsləhətim birinci seçim zamanı buna ciddi yanaşmalarıdır. Öz istəklərini nəzərə alaraq real ballara əsaslanıb seçim etsinlər. Çünki rəqabət güclüdür". 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox