Azedu.az

İxtisas seçimində yeni tendensiya: Qızlar texniki sahələrə, oğlanlar isə müəllimliyə?

Şagirdlər

6 Avqust 2025, 13:21
İxtisas seçimində yeni tendensiya: Qızlar texniki sahələrə, oğlanlar isə müəllimliyə?

İllər əvvəl abituriyentlər arasında belə bir tendensiya var idi ki, oğlanlar əsasən polis olmaq, qızlar isə müəllimlik peşəsini seçmək istəyirdilər. Bu yanaşma geniş yayılmış və kifayət qədər maraq doğururdu. İndi vəziyyət necədir?

Hələ də Polis Akademiyasına əvvəlki illərdəki qədər maraq var, yoxsa azalma müşahidə olunur?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov danışıb. 

165598

Onun sözlərinə görə, həm mülki, həm də hərbi universitetlərdə qız abituriyentlər artıq oğlanlarla rəqabətə giriblər

"Əvvəlki dövrlərdə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı daha çox xanım abituriyentlər müəllimlik və tibb ixtisaslarını seçirdilər. Ancaq müasir dövrdə artıq demək olar ki, bütün ixtisaslar üzrə qız abituriyentlərin seçimlərində müəyyən tendensiyalar müşahidə olunur.

Bu meyil xüsusilə mühəndislik ixtisaslarında nəzərə çarpır. Eyni zamanda, birinci ixtisas qrupu üzrə də müşahidə edirik ki, qız abituriyentlər informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və informatika alt qrupuna aid olan sahələrə daha çox maraq göstərirlər. Təbii ki, bu dəyişiklik qlobal əmək bazarında baş verən dəyişikliklərlə də əlaqəlidir. Artıq bu sahələrdə xanımların fəallığı artır və onlar üçün iş imkanları da kifayət qədər genişlənir".

Kifayət qədər yüksək bal toplayan xanım abituriyentlər Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsini seçib

"Digər tərəfdən, əvvəllər əsasən oğlan abituriyentlərin seçdiyi üçüncü ixtisas qrupu üzrə xüsusilə də Polis Akademiyasına qəbul olmaq üçün edilən seçimlərdə  son dövrlərdə xanım abituriyentlərin də maraq göstərdiyini müşahidə edirik. Məsələn, bu il Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi institut və Hərbi Tibb Fakültəsində xanım abituriyentlərin qəbulu həyata keçirilir. Kifayət qədər yüksək bal toplayan xanım abituriyentlər bu seçimlərdə iştirak ediblər. 

Bu isə onu göstərir ki, həm mülki, həm də hərbi universitetlərdə qız abituriyentlər artıq oğlanlarla rəqabətə giriblər. Xüsusilə dördüncü ixtisas qrupu üzrə yüksək bal toplayan xanımlar hərbi tibb və stomatologiya kimi sahələrə üstünlük verirlər. Bundan başqa, hüquqşünaslıq ixtisası üzrə də rəqabətin son illərdə daha da gücləndiyini görürük. Doğrudur, hazırda bəzi xüsusi təyinatlı təhsil müəssisələri məsələn, Daxili İşlər Nazirıiyinin Polis Akademiyası və Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına xanım abituriyentlərin qəbulu aparılmır. 

"Amma əvvəlki illərdə xanımların bu sahələrə marağı olduqca yüksək idi və qəbul prosesi də həyata keçirilirdi.
Hazırda bu sahələr üzrə qəbul həyata keçirilməsə də, gələcək illərdə bu qərar dəyişərsə, düşünürük ki, kifayət qədər yüksək bal toplayan xanım abituriyentlər həmin ixtisasları da seçə biləcəklər.

Təbii ki, bu fərqli yanaşmalar qruplara görə dəyişir. Biz nəzər salsaq görərik ki, I ixtisas qrupunu daha çox oğlanlar seçir. III ixtisas qrupunda isə tam əksi olaraq xanım abituriyentlərin sayı çoxdur. IV qrupda isə yüksək bal toplayanlar daha çox xanım abituriyentlərdir, tibb ixtisaslarından dolayı. Ümumilikdə,son illərdə bütün qruplar üzrə ciddi şəkildə rəqabət var". 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox