Azedu.az

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Şagirdlər

6 Avqust 2025, 10:41
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi davam edir.

AzEdu.az xəbər verir ki, proses ll-lX və Xl siniflər üzrə 5 avqust tarixindən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.

Valideynlər bir sıra lisey və gimnaziyalar istisna olmaqla elektron sistemdə sorğu yerləşdirərək müvafiq qaydalar çərçivəsində övladlarının bir təhsil müəssisəsindən digərinə köçürülməsini təmin edə bilərlər.

Yerdəyişmə prosesində istisna təşkil edən lisey və gimnaziyalara qəbul isə imtahanla həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməsini istəyən valideynlər 13 avqust saat 18:00-a qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Yerdəyişmə prosesi imtahanla aparılan lisey və gimnaziyaların siyahısı

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox