Azedu.az

"Olimpiada nəticələri zəifdirsə, problem şagirdlərdə deyil"

Şagirdlər

6 Avqust 2025, 11:12
"Olimpiada nəticələri zəifdirsə, problem şagirdlərdə deyil"

Azərbaycanın Olimpiada hazırlıq sistemi uzun illərdir mövcuddur, amma bu sistemin davamlılığı, keyfiyyəti və nəzarəti bəzən istənilən səviyyədə olmur.

Bu sözləri AzEdu.az-a Ordubad rayon 1 nömrəli tam orta məktəbinin  riyaziyyat müəllimi, Natəvan Fərzəliyeva söyləyib. 

165594

O qeyd edib ki, problemin səbəbləri ilk olaraq sistemli hazırlıq mexanizminin zəifliyidir

"66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanın medalsız qalması, təəssüf ki, həm təhsil sistemimizin zəif nöqtələrini, həm də istedadlı şagirdlərin inkişafında qarşılaşılan əngəlləri yenidən gündəmə gətirdi. Gəlin bu məsələyə bir neçə tərəfdən yanaşaq: Problemin səbəbləri ilk olaraq sistemli hazırlıq mexanizminin zəifliyidir. Azərbaycanın Olimpiada hazırlıq sistemi uzun illərdir mövcuddur, amma bu sistemin davamlılığı, keyfiyyəti və nəzarəti bəzən istənilən səviyyədə olmur. Olimpiadaya seçilən şagirdlərə hazırlıq prosesi davamlı olmalıdır".

Riyaziyyat üzrə beynəlxalq uğur təkcə biliklə deyil, düzgün sistem, davamlı məşq və psixoloji hazırlıqla formalaşır

"Daha sonra erkən mərhələdə istedadların itirilməsidir. Bir çox istedadlı şagird ya erkən yaşda xarici ölkələrə gedir, ya da ölkə daxilində bu istiqamətdə dəstək və motivasiya tapa bilmir. Elə olimpiada səviyyəsində hazırlıq üçün də bəzən rayon və kənd məktəblərindən şagirdlər cəlb olunmur.Şəxsən mən bir rayon məktəbində işləyən müəllim kimi bunu xüsusi vurğulayıram.

Naxçıvan Muxtar Respuplikası Ordubad rayon 1 tam nömrəli tam orta məktəbin riyaziyyat müəllimiyəm. Şagirdim Cəfər Səfərli  lX Fənn müsabiqəsində bürünc medal qazanıb,bu il isə final mərhələsinə qədər yüksəlib, 4 balla medala düşmədi. Amma bu şagird sinif proqramı ilə buralara gələn biri idi.
Müəllimlərin və mentorların təcrübəsidə vacibdir.  Riyaziyyat olimpiadasına hazırlıq ümumi məktəb dərsindən fərqlidir. Bu sahədə peşəkar olimpiada müəllimlərinin çatışmazlığı da böyük problemdir. Dərslik səviyyəsində yox, beynəlxalq səviyyədə riyazi təfəkkürü inkişaf etdirəcək məşqlərə ehtiyac var".

Bəs doğrudanmı riyazi biliklər aşağıdır?

"Xeyr, bu belə deyil. Azərbaycanda çox istedadlı şagirdlər var. Amma bu potensial kifayət qədər düzgün istiqamətləndirilmədiyi üçün ortaya çıxmır. Riyaziyyat üzrə beynəlxalq uğur təkcə biliklə deyil, düzgün sistem, davamlı məşq və psixoloji hazırlıqla formalaşır. Problemin həll yolları  bunlardır: erkən yaşdan istedadların aşkarlanması 5-6-cı sinifdən etibarən riyaziyyata marağı olan şagirdlər müəyyən olunmalı, onlar üçün ayrı proqram, onlayn platformalar hazırlanmalıdır. Olimpiada mərkəzlərinin qurulması. Bölgələr də  xüsusilə daxil olmaqla, müxtəlif bölgələrdə Olimpiada Tədris Mərkəzləri yaradılmalıdır. Bu mərkəzlərdə yalnız bu sahəyə fokuslanan müəllimlər çalışmalıdır.

Həmçinin, xarici mentorların cəlbi,dünyada tanınmış olimpiada müəllimləri və metodistləri müvəqqəti olaraq ölkəyə dəvət olunaraq həm müəllimləri, həm də şagirdləri təlimdən keçə bilərlər.
Nəticə olaraq, Azərbaycan şagirdlərinin potensialı var. Amma bu potensial peşəkar, sistemli və davamlı dəstəklə inkişaf etdirilməlidir. Medal sadəcə bir nəticədir. Əsas olan bu nəticənin arxasındakı təlim, motivasiya və infrastruktur sistemidir. Əgər bunlar qurularsa, növbəti illərdə Azərbaycan yenidən olimpiada uğurlarına imza ata bilər".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox