Azedu.az

Naxçıvanda qızıl nişanla təltif olunan məzunlarla görüş keçirilib- FOTOLAR

Şagirdlər

22 İyul 2025, 10:08
Naxçıvanda qızıl nişanla təltif olunan məzunlarla görüş keçirilib- FOTOLAR

Qızıl nişanla təltif olunan məzunlarla görüş keçirilib.

Bu barədə AzEdu.az-a Naxçıvan Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, iyulun 21-də Naxçıvan Muxtar Respublikası ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə  qızıl nişanla təltif olunan məzunları ilə  görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məzunları təbrik edərək 2024-2025-ci tədris ilində təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan nəticələrdən danışıb, məzunlara gələcək təhsillərində uğurlar arzulayıb.

Bildirib ki, cari tədris ilində buraxılış imtahanlarında məzunlarımız yüsək nəticə göstərib, həmçinin Naxçıvanın fərqlənmə attestatına layiq görülən  məzunların sayı son 30 ilin ən yüksək göstəricisi olub.Belə ki, 2024-2025-ci tədris ilində IX sinifləri 196, XI sinifləri isə 277 məzun fərqlənmə attestatı ilə bitirib.    

Görüşdə məzunlar təhsillərini davam etdirəcəkləri təhsil müəssisələri, ixtisas seçimləri haqqında məlumat verib, görüşə görə minnətdarlıq ediblər.

Qeyd edək ki, görüşdə məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestatlar, qızıl nişanlar və hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox