Azedu.az

Abituriyentlər bu ixtisaslardan niyə utanır?

Şagirdlər

17 İyul 2025, 13:36
Abituriyentlər bu ixtisaslardan niyə utanır?

Baytarlıq, üzümçülük, şərabçılıq və s. kimi ixtisaslar üzrə universitetlərə qəbul planı yerləri dolsa da, bəzi abituriyentlər qəbul olunduqları bu ixtisaslarda təhsil almaqdan imtina edirlər. Bəzi hallarda isə balları bu ixtisaslara daxil olmağa imkan versə də ali məktəbə sənəd vermirlər. Bu sahələrə münasibətdə gənclər arasında kompleksmi var?

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a danışıb.

O qeyd edir ki, hər bir gənc ixtisas seçimini düzgün etməli və bu kimi məsələlərdə çox diqqətli davranılmalıdır: “Təəssüf ki, biz davamlı olaraq bu kimi hallarla üzləşirik. Hər il çoxlu sayda gənc ali məktəblərə qəbul olunur, hansısa başqa bir gəncin yerini tutur, lakin sonra bu təhsildən imtina edirlər”.

Bu sahələrə tələbat böyükdür

“Əslində baytarlıq və şərabçılıq bu gün böyük tələbat olan sahələrdir və bu sahələrdə təhsil almaq heç bir gənc üçün utanc mənbəyi olmamalıdır. Bizim gənclərimiz bu məqamda, adətən, öz yollarını və seçimlərini doğru edirlər. Əgər hansısa bir gəncin bununla bağlı narahatlığı varsa, deyə bilərəm ki, buna heç bir əsas yoxdur. Azərbaycan bu prosesdə gənclərinə dövlət səviyyəsində qayğı göstərir. Ona görə də, bu reallığı nəzərə almalıyıq və gənclərimiz də çəkinməməlidirlər. Bu daha önəmli, vacib və böyük əhəmiyyət kəsb edən bir məsələdir. Gənclər çalışmalıdırlar ki, daha çox tələbat olan sahələri və istiqamətləri seçərək özlərini inkişaf etdirib bacarıqlarını artırsınlar”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox