Azedu.az

Əlaçı abituriyentlərin bir qismi 20 bal belə toplaya bilməyib

Şagirdlər

14 İyul 2025, 12:30
Əlaçı abituriyentlərin bir qismi 20 bal belə toplaya bilməyib

Əlaçı abituriyentlərin bir qismi 20 bal belə toplaya bilməyib.

AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statsitik təhlili ilə bağlı çıxışı zamanı qeyd edib.

"2024-cü ildə məzun əlaçılar 14.000 idi. 85% abituriyent 300 baldan çox nəticə əldə edib. Ana dili (I qrup) üzrə ümumi say 12 650 nəfər olub. 0–20 bal aralığında olanlar 765 nəfər, (6,05%) 20–40 bal aralığında olanlar isə1 734 nəfərdir. (13,71%)

Riyaziyyat (I qrup) üzrə ümumi say 11 469 nəfərdir. 0–20 bal toplayan 1 502 nəfər (13,10%), 20–40 bal toplayan isə 2 872 nəfərdir (25,04%)

Tarix (II qrup) üzrə ümumi say 10 409 nəfərdir.0–20 bal toplayan 1 304 nəfər (12,52%),20–40 bal toplayan isə 2 528 nəfərdir. (24,28%)

Fizika (I qrup) üzrə ümumi say 4 743 nəfərdir. 0–20 bal toplayan 1 269 nəfər (26,74%), 20–40 bal toplayan isə 1 365 nəfərdir. (28,78%)

Kimya (II qrup) üzrə ümumi say 7 280 nəfərdir.0–20 bal 1 174 nəfər (16,13%),20–40 bal toplayan isə 1 525 nəfərdir. (20,95%)

Biologiya (III qrup) üzrə ümumi say 10 007 nəfərdir. 0–20 bal 1 032 nəfər (10,31%),20–40 bal toplayan isə 2 119 nəfərdir. (21,17%)

Coğrafiya (II qrup) üzrə ümumi say 9 423 nəfərdir. 0–20 bal 733 nəfər (7,78%), 20–40 bal toplayan isə 2 051 nəfərdir. (21,77%)

Ən pis vəziyyət coğrafiya fənnində müşahidə olunur. Bu da auditoriyada müəllimdən aslıdır".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox