Azedu.az

Bu ixtisas qrupuna maraq AZALIB

Şagirdlər

3 İyul 2025, 11:58
Bu ixtisas qrupuna maraq AZALIB

2024-cü il ali təhsil müəssisələrinə qəbul zamanı V ixtisas qrupuna olan maraq əvvəlki illərlə müqayisədə yenə aşağı olub.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışından əldə etdiyi məlumata əsasən xəbər verir ki, buraxılış imtahanlarının nəticələri ilə bu qrupa müraciət etmək imkanı olsa da, ümumi abituriyentlərin yalnız 25.04%-i ərizəsində V qrup ixtisaslarını göstərib.

Statistikaya görə:

- Oğlan abituriyentlər arasında bu göstərici – 30.77%,

- Qız abituriyentlər arasında isə – 19.86% təşkil edib.

Xatırladaq ki, V qrup ixtisasları üçün əlavə qəbul imtahanı tələb olunmur və yalnız buraxılış imtahanlarının nəticələri ilə müsabiqəyə qatılmaq mümkündür.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox