Ən çox seçilən ixtisaslar məlum olub. Dövlət İmtahan Mərkəzinin 2024-cü il üzrə açıqladığı statistikaya əsasən, abituriyentlərin ərizələrində birinci yerdə göstərdikləri ixtisaslara görə seçim meylləri müəyyənləşdirilib. Bu göstərici abituriyentin ən çox istədiyi ixtisası əks etdirdiyi üçün sahələrin nüfuz səviyyəsini dəyərləndirmək baxımından əhəmiyyətli sayılır.
AzEdu.az xəbər verir ki, Azərbaycan bölməsi üzrə ən çox seçilən ixtisaslar qruplar üzrə belə sıralanır: I qrupda Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası, III qrupda Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası, IV qrupda Azərbaycan Tibb Universitetinin Tibb ixtisası, V qrupda isə yenə Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn ixtisası abituriyentlərin seçimində öndə gedib.
Rus bölməsi üzrə isə I qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya təhlükəsizliyi ixtisası, III qrupda isə Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası daha çox üstünlük qazanıb.
Bununla yanaşı, 2024-cü ilin ən yüksək keçid balı da diqqət çəkir. Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına keçid balı 687.1 olub. Bu nəticə həmin ixtisasa olan böyük rəqabət və marağın göstəricisi hesab olunur.