Azedu.az

RFO qalibləri: Qazanmaq üçün istək, disiplin və motivasiya vacibdir

Şagirdlər

24 İyun 2025, 17:23
RFO qalibləri: Qazanmaq üçün istək, disiplin və motivasiya vacibdir

Bu gün Bakı Konqres Mərkəzində 2025-ci il üzrə Respublika fənn olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Qalib olan şagirdlər AzEdu.az-a təəssüratlarını bölüşüblər.

İsmayıllı şəhər Natiq Mehdiyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Leyla Ağayeva:

163194

"Artıq illərdir ki, RFO-nun iştirakçısıyam. Bu müddət ərzində iki qızıl bir gümüş medal qazanmışam. Bu səbəbdən həm xoşbəxt həm də qürurlu hiss edirəm. Uğurlarımın davamlı olacağına inanıram".

Oğuz rayon Xaçmaz kənd Vüqar İbrahimov adına 2 saylı tam orta  məktəbin 9-cu sinif şagirdi Xəlilli Nihad:

163195

"Mən II yer - gümüş medala layiq görülmüşəm. Ötən il iştirak etsəm də, qalib olmaq üçün bir balım yetmirdi. Bu il əzmkarlıq və böyük güclə çalışaraq II yerə layiq görüldüm. Şübhəsiz, bu yolda çətinliklərim oldu. Olimpiadada uğura gedən yol heç də rahat və asan olmadı. Bu yolda yalnız çalışmaq yox, disiplin, motivasiya və dəstək çox önəmli idi. Mənə bu yolda dəstək olan hər kəsə böyük minnətdarlığımı bildirirəm. Olimpiadaya həm atamın həm də Coğrafiya müəllimim Xəlilov Elşadım köməyi ilə hazırlaşmışam".

İştirak etdiyi ilk ildən Azərbaycan dili fənni üzrə "Birincilərin birincisi" nominasiyasını qazanan Arzu Ağayeva RFO-da özlərini sınamağı bütün şagirdlərə tövsiyə edib:

163193

"Final mərhələsi mənim üçün bir az çətin oldu. Günün çox hissəsini oxumağa ayırırdım. Bu yolda müəllimlərim məndən öz dəstəklərini əsirgəməyiblər". 

Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin şagirdi Səadət İmamverdiyeva:

163196

"Burada aura tamamilə fərqlidir və mən burada olmaqdan qürur duyuram. Çingiz müəllimə səslənərək ona öz minnətdarlığımı bildirirəm. Həmçinin ən böyük dəstəkçilərim olan valideynlərimə təşəkkür edirəm. Bu yol çətin olsa da, imkansız deyilmiş. Mən özümü özümə sübut etdim".

Salyan rayonu Dayıkənd tam orta məktəbin 11-ci sinif şagirdi Bağırova Pəri:

163192

"Bu gün Bakı Konqres Mərkəzinə ikinci medalımı almaq üçün gəlmişəm. Olimiadaya hazırlaşmaq üçün insan ürəkdən istəməlidir. Sevdikdən sonra hər şey asan olur. Mənə inanan bütün sevdiklərimə təşəkkür edirəm".

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox