Azedu.az

Yüksək bal toplayan abituriyent bu universiteti seçdi

Şagirdlər

11 İyun 2025, 15:43
Yüksək bal toplayan abituriyent bu universiteti seçdi

Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu İsmayılzadə Xədicə Xaliq qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb.

AzEdu.az həmin abituriyentlə təəssüratlarını öyrənmək üçün əlaqə saxlayıb:

“Nəticəmi öyrənəndə çox sevindim və bu sevinci ailəmlə bölüşdüm. Universitet olaraq UNEC seçimlərim arasında ola bilər. Ancaq ixtisas barədə dəqiq qərarım yoxdur. İndi olmasa da, magistr təhsilimi xaricdə almaq planım var”.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox