Azedu.az

Məktəblilər üçün ekskursiyalar keçirilib

Şagirdlər

11 İyun 2025, 11:09
Məktəblilər üçün ekskursiyalar keçirilib

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində məktəblilər üçün ekskursiyalar keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, ilk ekskursiya Lənkəran şəhərində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cənub Regional Hidrometeorologiya Mərkəzinə baş tutub.

Şagirdlər ekskursiya zamanı bulud növləri haqqında məlumat əldə edib, ərazidə havanın temperaturunu ölçən qurğularla tanış olublar. Daha sonra məktəblilər Xanbulan gölü ətrafında ərazinin flora və faunası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox