AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
18 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
18 fevral Dünya Asperger Günüdür:
Asperger sindromu sosial bacarıqsızlıq və ünsiyyət qurmaq problemlərinə səbəb olan bir inkişaf pozğunluğudur. Bu sosial bacarıqlar, əlaqə qurmaq bacarıqları və xəyal gücü inkişafında gecikməyi yaradan bir pozğunluqdur. Aperger sindromu olanların zəkaları və dil inkişafları normaldır. Bəzi uşaqlarda yüngül simptomlara yol açarkən, bəzilərinin yaşayışlarına ciddi şəkildə təsir edən simptomlara yol aça bilir.
18 fevral 1201-ci ildə dahi Azərbaycan alimi, ensiklopedik biliyə malik Məhəmməd Nəsirəddin Tusi Həmədanda anadan olub:
Marağa Rəsədxanasının yaradılmasına xeyli əmək sərf edən Tusi oranı Şərqin böyük elmi mərkəzinə çevirib. Nəsirəddin Tusi “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini təyin edib. Onun elmin bir çox sahəsinə dair əsərləri bu gün də dünya alimləri tərəfindən tədqiq olunur.
18 fevral 1855-ci ildə Fransız astronom Urben Jan Jozef Leverye ilk dəfə havanın sinoptik xəritəsini qurub.
18 fevral 1930-cu ildə Pluton kəşf edilib:
Gənc Amerika astronomu Klayd Uilyam Tommo Persinvalya Lovella rəsədxanasında fotoqrafik teleskopun köməyi ilə alınmış şəkilləri işlədikdən sonra əmin olub ki, Günəş sisteminin yeni planetini kəşf edib. Həmin il martın 13-də bu planet Pluton adlandırılıb.
18 fevral 1895-ci ildə görkəmli Azərbaycan şairi, qəzəl ustası Əliağa Vahid anadan olub:
O, ibtidai təhsilini mollaxanada alıb. Klassik Şərq ədəbiyyatının bilicisi olub. Vahid təxəllüsünü ona hazırcavablığına görə Mirzə Əvdülxaliq Yusif verib. 1914-1915-ci illərdən başlayaraq satirik şeirləri, qəzəlləri, meyxanaları, felyetonları qəzet və jurnallarda (“İqbal”, “Zəhmət”, “Bəsirət”, “Tuti”, “Məzəli”, “Kommunist”, “Maarif və Mədəniyyət”, “Yeni Yol”, “Gənc işçi” və s.) müntəzəm çap olunub. Əliağa Vahid qəzəlxan şair kimi tanınıb və bütün Şərqdə məhşurlaşıb. O, eyni zamanda, Nizami, Xaqani, Fələki, Nəvai və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib.