AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
30 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
30 dekabr 1989-cu ildə Gəncənin adı XX əsrdə ikinci dəfə özünə qaytarılıb.
1989-cu ildə Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunub. Gəncə adının bərpası təklifi qəbul edilib və ertəsi gün qərar verilib.
30 dekabr 1926-ci ildə Azərbaycanlı xanəndə, muğam ustası, Xalq artisti Əbülfət Əliyev anadan olub:
Ə.Əliyev Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
30 dekabr 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaranıb:
SSRİ əsasən indiki MDB dövlətlərinin ərazisində mövcud olub. Ümumilikdə dünyanın altıda bir hissəsi SSRİ-nin payına düşüb, əhalisinin sayına görə isə dünyada üçüncü yerdə olub. Altmış doqquz il mövcud olmuş SSRİ 1991-ci ildə dağılıb.
30 dekabr 1920-ci ildə AXC-nin ən fəal üzvlərindən biri general-mayor Həbib bəy Səlimov dünyasını dəyişib.