Azedu.az

 “Tarixdə bu gün” - Heydər Əliyev Mərkəzi yaradılıb

Rubrika

29 Dekabr 2024, 09:00
 “Tarixdə bu gün” - Heydər Əliyev Mərkəzi yaradılıb

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

29 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

29 dekabr “ASAN xidmət” işçilərinin peşə bayramı günüdür:

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.

 

29 dekabr Beynəlxalq Biloloji Müxtəliflik Günüdür:

 

1995-ci ilin 29 dekabrında bioloji müxtəliflik, yəni Yer kürəsinin flora və faunası haqqında beynəlxalq konvensiya qüvvəyə mindi. 1996-cı ildən 29 dekabr Beynəlxalq Biloloji Müxtəliflik Günü olaraq qeyd edilir.

 

29 dekabr 1791-ci ildə tarixində Rusiya ilə Osmanlı imperiyaları arasında Yassı Sülh Müqaviləsi bağlandı:

 

Həmin sənədə əsasən, Cənubi Buq çayından Dnestr çayına qədər dəniz sahilləri Rusiyanın tabeliyinə keçdi. Osmanlı dövləti Krımın Rusiyaya verilməsini təsdiq etməli oldu.Beləliklə, Rusiya Qara dənizin şimal sahillərində qəti surətdə möhkəmləndi.

 

29 dekabr 1999-cu ildə Azərbaycanın üçüncü Prezidenti Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı.

 

29 dekabr 2006-cı ildə Heydər Əliyev Mərkəzi yaradıldı:

 

Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Mərkəz Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

TƏCİLİ! Sərhədimizdə gərginlik - Müharibə başlayır?
Son xəbərlərDaha çox