Azedu.az

“Tarixdə bu gün” - Pyer və Mari Küri radium elementini kəşf edib

Rubrika

26 Dekabr 2024, 09:06
“Tarixdə bu gün” - Pyer və Mari Küri radium elementini kəşf edib

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

26 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

26 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Xankəndi şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib:

 

Həmin tarixdə Xankəndidən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatdırılıb. Ancaq Azərbaycan xalqının iradəsi sayəsində 19 sentyabr 2023-cü ildə Xankəndi sonuncu separatçıdan azad edildə və Azərbaycanın suveren hüquqları bərpa olundu.

 

26 dekabr 1905-ci ildə Cənubi Afrikanın Pretoria bölgəsində 3106 karat dəyərində "Cullinan" almazı tapıldı:

 

9 parçaya bölünən almazdan əldə edilən 530 karatlık dünyanın ən böyük brilyantı Böyük Britanya kral tacına yerləşdirildi.  

 

26 dekabr 1982-ci ildə “Time” jurnalının hər il yayınladığı “İlin adamları” ilk dəfə insan olmayan bir obyekt düşdü:

 

Bu fərdi kompüter idi.

 

26 dekabr 1898-ci ildə fransız alimləri Pyer və Mari Küri radium elementini kəşf etdilər:

 

Onlar 1903-cü ildə Nobel Fizika Mükafatını qazandılar.

TƏCİLİ! Sərhədimizdə gərginlik - Müharibə başlayır?
Son xəbərlərDaha çox