Azedu.az

“Tarixdə bu gün” - 24 dekabr...

Rubrika

24 Dekabr 2024, 08:43
“Tarixdə bu gün” - 24 dekabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

24 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

24 dekabr 1961-ci ildə Prezident İlham Əliyev anadan olub:

 

2003-cü ildə  Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev xalqımızın ulu öndəri Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.

 

Onun rəhbərliyi ilə həyatın bütün sahələrində böyük uğurlara imza atan Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində Azərbaycan 30 ildən sonra suveren hüquqlarını və ərazi bütövlüyünü təmin edib.

 

24 dekabr 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə “Bakı Ağ şəhər”in təməli qoyulub:

 

Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. “Bakı Ağ şəhər” layihəsinin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir.

 

24 dekabr 1921-ci ildə görkəmli Azərbaycan şərqşünası və tarixçisi, akademik Ziya Bünyadov anadan olub:

1939-cu ildə hərbi məktəbə daxil olan Ziya 2 il sonra İkinci Dünya Müharibəsinə yollanıb. Bu illərdə vzvod və rota komandiri kimi Krımdan Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Ziya Bünyadov 5 il sonra (1950) Moskva Şərqşünaslıq İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 

 

O, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti və Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışıb.  Ziya Bünyadov Orta Əsrlər tarixi və mənbəşünaslıq üzrə elmi məktəbin banisidir.

 

24 dekabr 1872-ci ildə yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə anadan olub:

 

O, “Şərqi-rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır. Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, repressiya qurbanı olub.

 

TƏCİLİ! Sərhədimizdə gərginlik - Müharibə başlayır?
Son xəbərlərDaha çox