AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
23 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti azərbaycanlıların Ermənistandan Azərbaycana – Kür-Araz ovalığına köçürülməsi barədə qərar qəbul etdi:
Erməni siyasətinin azərbaycanlılara növbəti departasiya aktı olan bu ədalətsiz qərar nəticəsində doğma yurd-yuvalarından didərgin düşən 100 mindən çox azərbaycanlının xeyli hissəsi şəraitə uyğunlaşmayaraq həlak oldu.
23 dekabr 1947-ci ildə Amerika fizikləri Şotli, Bratteyn və Bardintranzistor ixtira etdilər:
Bu hadisə yalnız yarım il sonra Nyu-Yorkda elan olundu. Lakin bu ixtira həmin dövrdə elmi ictimaiyyətə o qədər də güclü təsir bağışlamadı. 1956-cı ildə isə hər üç ixtiraçı Fizika üzrə Nobel mükafatına layiq görüldü.
23 delabr 2005-ci ildə dekabrında Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğradı:
Təyyarə Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları idi.
23 dekabr 1876-cı ildə Osmanlı dövlətinin ilk konstitusiyası olan “Qanuni-Əsasi” I Məşrutiyyətlə birlikdə elan edildi:
Amma I Məşrutiyyət hökumətinin ömrü 13 fevral 1878-ci ildə sona çatdı.