Azedu.az

“Tarixdə bu gün” - Bakı Slavyan Universiteti yaradılıb

Rubrika

20 Dekabr 2024, 09:33
“Tarixdə bu gün” - Bakı Slavyan Universiteti yaradılıb

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

20 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

20 dekabr Beynəlxalq İnsan Həmrəyliyi Günüdür:

 

BMT Baş Məclisi 2005-ci il dekabrın 22-də Beynəlxalq İnsan Həmrəyliyi Gününün elan olunması haqqında qətnamə qəbul edib.

 

Qətnamə Minilliyin Bəyannaməsi əsasında hazırlanıb. Bəyannamədə deyilir ki, həmrəylik XXI əsrdə beynəlxalq münasibətlərin əsasını təşkil etməli olan fundamental və universal bəşəri dəyərlərdən biridir.

 

20 dekabr 1952-ci ilin bu günündə M.F. Axundov adına Azərbaycan Dillər Pedaqoji İnstitutu Bakı Slavyan Universiteti yaradılıb.

 

20 dekabr 1956-cı ildə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədov anadan olub.

 

20 dekabr 1873-cü ildə Türkiyənin Dövlət himninin sözlərinin müəllifi Mehmet Akif Ersoy anadan olub:

 

Himnin mətni 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq edildi.

TƏCİLİ! Sərhədimizdə gərginlik - Müharibə başlayır?
Son xəbərlərDaha çox