AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
19 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
19 dekabr Beynəlxalq Yoxsullara Yardım Günüdür:
Hər il dekabrın 19-da dünyada qeyd olunan Beynəlxalq Yoxsullara Yardım Günü 1995-ci ildə BMT tərəfindən təsis edilib. Beynəlxalq ekspertlərin məlumatına görə, planetin bütün əhalisinin təxminən dörddə bir hissəsi, yəni yarım milyard adam 20-ci əsrin dilənçi vəziyyətində olub. Aparılan araşdırmalar onu da göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan daha 300 milyon nəfər ölüb. Qeyd etmək lazımdır ki, hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.
19 dekabr 1993-cü ildə Fransa Prezidentini Fransua Mitteranın dəvəti ilə Azərbaycan Prezidenti Heydər Əliyev bu ölkəyə səfər edib:
Bu müstəqil Azərbaycanın prezidentinin Fransaya ilk səfəri kimi tarixə düşüb.
19 dekabr 1793-cü ildə Fransa höküməti pulsuz və icbari təhsil haqqında qərar verib.
19 dekabr 1921-ci ildə Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayev anadan olub:
O, müxtəlif illərdə bir çox xarici ölkələrdə – Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrdə yaradıcılıq ezamiyyətlərində olaraq təəssüratlarını maraqlı əsərlərdə ifadə edib.