AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
6 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır:
1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq, 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
6 dekabr 1492-ci ildə Xristofor Kolumbun birinci ekspedisiyası Haiti adasını kəşf edib:
Haitinin adı taino hindilərinin dilindən “Dağlıq ölkə” kimi tərcümə olunur.
6 dekabr 2006-cı ildə görkəmli xanəndə, Xalq artisti Baba Mirzəyev dünyasını dəyişib:
O, opera tamaşalarında “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s. əsas partiyaları ifa edib.
6 dekabr 1865-ci ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ABŞ Konstitusiyasına köləliyi qadağan edən 13-cü maddə əlavə olundu:
Köləlik əleyhinə olan ABŞ prezidenti Abraham Linkoln qanunun qüvvəyə mindiyini görə bilmədi. Həmin il Linkoln 18 apreldə sui-qəsd nəticəsində həyatını itirdi.