Azedu.az

“Tarixdə bu gün” - Beynəlxalq Könüllülər Günüdür

Rubrika

5 Dekabr 2024, 08:58
“Tarixdə bu gün” - Beynəlxalq Könüllülər Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

5 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

5 dekabr Beynəlxalq Könüllülər Günüdür:

 

BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

 

2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynayıb. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoyub.

 

5 dekabr Dünya Qadın Haqları Günüdür:

 

Dünya Qadın Haqları Gününün təməli Olimpiya de Qujun (Olympe de Gouges) yazdığı "Qadın və Qadın Vətəndaş Haqları Bəyannaməsi” ilə qoyulub. Fransada 1791-ci ildə "İnsan və Vətəndaş Haqları Bəyannaməsi” yayımlanır. Burada "insan" yerinə kişi anlamına gələn "homme-man” kəlməsi işlənir. Olimpiya buna etiraz edərək bir neçə gün sonra müəllifi olduğu "Qadın və Vətəndaş Haqları Bəyannaməsi”nə 10-cu maddəni əlavə edir.

 

5 dekabr Dünya Torpaq Günüdür:

 

 Hər il 5 dekabr tarixində torpağın əhəmiyyətinə diqqət ayırmaq və torpaq ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə keçirilir. Bu günün keçirilməsi Beynəlxalq Torpaq Elmləri Birliyi (IUSS) tərəfindən 2002-ci ildə tövsiyə edilib. 2014-cü ildə BMT Baş Assambleyası 5 dekabr tarixini rəsmi olaraq Dünya Torpaq Günü kimi qeyd edib.

 

5 dekabr 1941-ci ildə böyük şair, dramaturq Hüseyn Cavid vəfat edib:

 

Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Səyavuş”, “Peyğəmbər” və s.) müəllifidir.

 

O,1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub. İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib. 1982-ci ildə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox