AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
3 dekabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
3 dekabr Beynəlxalq Əlillər Günüdür:
Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.
3 dekabr 2008-ci ildə Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında “Bakı bəyannaməsi” qəbul olunub:
İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak edib.
3 dekabr 2013-cü ildə UNESCO Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Çövkən, Qarabağın ənənəvi atüstü oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb.
3 dekabr 2020-ci ildə Əməkdar rəssam Rafael Abbasov vəfat edib:
O, portretlər, süjetli tablolar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.