Azedu.az

“Tarixdə bu gün” - 2 dekabr necə yadda qalıb?

Rubrika

2 Dekabr 2024, 09:05
“Tarixdə bu gün” - 2 dekabr necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

2 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

2 dekabr Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür:

 

Bu tarix BMT-nin Baş Assambleyasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyanı qəbul etməsi ilə bağlıdır. BMT-nin hesablamalarına görə hazırda dünyada 21 milyon qadın, kişi və uşaq köləlik şəraitində yaşayır. Bu isə köləliyin hələ də tamamilə aradan qaldırılmadığını göstərir.

 

2 dekabr 1920-ci ildə Türkiyə ilə daşnak Ermənistan Respublikası arasında bağlanan Aleksandropol (Gümrü) sazişinə əsasən, erməni tərəf Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib:

 

Lakin daşnaklar Gümrüdə Türkiyə ilə saziş imzalayanda İrəvanda hakimiyyəti itirmişdilər, orada sovet hakimiyyəti qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etsə də, Qars müqaviləsi ilə Türkiyəyə, habelə Naxçıvana iddialarından vaz keçməyə məcbur oldu.

 

2 dekabr 1982-ci ildə Dr. Robert Jarvik tərəfindən inkişaf etdirilən süni ürək Barney Klark adlı xəstəyə yerləşdirildi:

 

Klark 112 gün yaşaya bildi.

 

2 dekabr 1942-ci ildə ABŞ-lı elm adamları ilk nəzarət edilən zəncir atom reaksiyası reallaşdırdı:

 

Bu fəaliyyət atom bombasının quruluşunun əsasını təşkil etdi.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox