Azedu.az

“Tarixdə bu gün”- 27 noyabr...

Rubrika

27 Noyabr 2024, 08:50
“Tarixdə bu gün”- 27 noyabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

27 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

27 noyabr 1895-ci ildə Alfred Nobel varidatını Nobel Fonduna bağışladığı barədə vəsiyyətnamə imzalayıb:

 

Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhfələr vermiş şəxslər” üçün beş mükafatın (fizika, kimya, tibb (fiziologiya), ədəbiyyat və sülh) təsisinə ayırıb. 

 

1875-ci ildə Bakıda öz şirkətlərini yaradan Nobel qardaşları qısa müddətdə Abşeronun bir sıra neft mədənlərinin sahibi olub, böyük kapitala yiyələniblər. Hazırda həmin pullar "Nobel mükafatı" formasında hər il müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur.

 

27 noyabr 2015-ci ildə görkəmli dilçi alim, akademik Tofiq Hacıyev vəfat edib:

 

O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.

 

27 noyabr 1945-ci ildə Əməkdar rəssam, heykəltaraş Namiq Dadaşov anadan olub:

 

O, Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.

 

27 noyabr 1940-cı ildə  məşhur döyüş ustası və aktyor Brüs Li anadan olub:

 

Sağ ayağı anadangəlmə qısa olan Brüs Li küçə davalarından birində döyüləndən sonra Kunq-fu döyüş sənəti ilə maraqlanmağa başlayır. O, təlimlərdə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. ABŞ-a köçdükdən sonra 1967-ci ildə özünümüdafiə texnikalarına əsaslanan Cit Kun Do adlı döyüş sistemi yaradır. 

 

2018-ci il noyabrın 27-dən ixtisaslaşmış biznes kanalı kimi "ARB 24" Bakıdan Full HD formatlı ümumrespublika yayımına başlayıb: 

 

Telekanal sonradan xəbər kanalı formatına keçdi.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox