Azedu.az

“Tarixdə bu gün” - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü

Rubrika

25 Noyabr 2024, 09:00
“Tarixdə bu gün” - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

25 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

25 noyabr Kəlbəcər Şəhəri Günüdür:

 

25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilib.

 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

 

25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günüdür:

 

Müasir dövrdə daha qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır. Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günündə müxtəlif tədbirlər həyata keçirilir.

 

25 noyabr 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunması barədə məlumat verib:

 

İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türklərin yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə və türkologiya tarixinə dəyərli töhfə verib.

 

25 noyabr 1905-ci ildə Azərbaycanın görkəmli dilçi alimi, akademik Əliheydər Orucov dünyaya gəlib:

 

Əsas elmi yaradıcılığını “Azərbaycan dilinin izahlı lüğəti” kimi fundamental 4 cildlik əsərin tərtibatı və redaktəsinə həsr edən Ə.Orucov dilçiliyin digər istiqamətlərində də səmərəli tədqiqat aparıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox