AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
23 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
23 noyabr 1919-cu ildə Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin Tiflisdəki görüşündə bütün ziddiyyətli məsələlərin sülh konfransında həll edilməsi qərara alındı, Azərbaycan ordusu Zəngəzurdan geri çağırıldı:
Nəticədə Qərbi Zəngəzur ermənilərin nəzarətinə keçdi.
23 noyabr 1946-cı ildə Fransa vә Şimali Vyetnam arasında müharibә başladı. Fransız donanması Şimali Vyetnamın Hai Phonq şәhәrini nәzarәtinә keçirdi:
Hücum nәticәsindә 6000 mülki vәtәndaş hәlak oldu.
23 noyabr 1976-cı ildə Fransalı dalğıc Jak Mayol dünyada ilk dəfə olaraq, dalğıc avadanlığından istifadə etmədən dənizin 100 metr dərinliyinədək enib.
23 noyabr 1992-ci ildə dünyada ilk smartfon yaradıldı:
ABŞ-ın Las-Veqas şəhərində keçirilən COMDEX sərgisində dünyada ilk smartfon – “IBM Simon” təqdim olunub.
23 noyabr 1927-ci ildə tarixçi, professor Əhməd İsgəndərov doğulub:
1970-80-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru olub.
Hazırda Moskvada yaşayır, Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvüdür.