AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
21 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
21 noyabr Beynəlxalq Salamlaşma günüdür:
Bu günü iki amerikalı qardaş-Maykl və Brayn Makkomak təsis edib. Beynəlxalq salamlaşma günü soyuq müharibənin ən qaynar çağında təsis olunub. Qardaşlar bu yolla beynəlxalq aləmdəki gərginliyə qarşı çıxış ediblər. O zaman bu ideya dünya ictimaiyyətinin xoşuna gəldiyindən bir çox ölkələrdə onu müsbət qarşılayıblar.
Beynəlxalq salamlaşma gününün qaydalarına görə, həmin gün hər kəs qarşısına çıxan şəxsə onu tanıyıb-tanımamağından asılı olmayaraq salam verə bilər.
21 noyabr Ümumdünya Televiziya günüdür:
noyabr tarixini həmin ildə ilk Ümumdünya Televiziya Forumunun (World Television Forum) keçirilməsi ilə əlaqədar olaraq Ümumdünya Televiziya Günü (World Television Day) elan edib.
Müasir dünyada televiziya rabitə və qloballaşma simvoluna çevrilib. Bu səbəbdən dövlətlərə bu günü sülh, təhlükəsizlik, iqtisadi və sosial inkişaf və mədəni əlaqələrin genişləndirilməsi kimi problemlərə həsr edilən televiziya proqramlarını mübadilə etməklə qeyd etmək təklif olunub.
21 noyabr YAP-ın yarandığı gündür:
1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib.
Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları yaradılıb. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub.
21 noyabr 1957-ci ildə Xəzər dənizində baş vermiş qasırğa nəticəsində Neft Daşlarında 21 nəfər həlak olub.
21 noyabr 1938-ci ildə Türkiyә Cümhuriyyәtinin banisi Mustafa Kamal Atatürkün nәşi Ankara Etnoqrafiya Muzeyindә dәfn edilib.